AZ

Kazanda üçtərəfli görüş keçirilə bilər?

Azərbaycan, Ermənistan və Rusiya liderləri BRİKS sammitində Zəngəzur dəhlizini müzakirə edə bilərlər.

Belə ki, oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan Baş naziri Nikol Paşinyan iştirak edəcəklər.

Son günlər səsləndirilən iddialara görə, bu sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçütərəfli görüş keçirilə bilər.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Rusiya yenidən vasitəçi olmaq istəyir:

“Oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində Azərbaycan və Ermənistan liderlərinin iştirakı, əlbəttə ki, Rusiyaya vasitəçilik missiyasını yenidən həyata keçirməyə fürsət verəcək.

Belə bir görüşün olacağını istisna etmirəm. Amma bunun nə qədər effektli olacağı sual altındadır. Çünki Ermənistan tərəfi Rusiyanın vasitəçiliyini qəbul etmir və Azərbaycanla danışıqların ikitərəfli formada aparılmasında maraqlıdır.

Sadəcə olaraq, Rusiya Qərbə göstərmək istəyir ki, Moskva yenidən vasitəçilik təşəbbüsünü ələ alıb və Qərbin vasitəçilik missiyası fiaskoya uğrayıb. Moskva çalışıcaq ki, yenidən vasitəçi olsun.

Rusiya Prezidenti Vladimir Putin Bakıya səfər zamanı Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində yenidən vasitəçi olmaq niyyətində olduğunu bəyan etdib. 

Rusiya Ermənistandan Zəngəzur dəhlizinin açılmasını tələb edib. Ola bilsin ki, BRİKS sammiti çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı məsələ gündəmə gəlsin”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
cebheinfo.az

2Mənbələr