AZ

Ağdam və Bakıda maşın qaçıranlar tutuldular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 6-da gecə saatlarında Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən VAZ-27175 avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov avtomobillə birgə saxlanılıb.
Bakının Nizami Rayon Polis İdarəsi (RPİ) 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 5-də rayon ərazisindən "Toyota" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Ə.Məmmədov avtomobillə birgə tutulub.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 5-də rayon ərazisindən "Moon AMC" motosikletini qaçırmaqda şübhəli bilinən M.Salahov motosikletlə birgə yaxalanıb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
oxu.az

10Mənbələr