AZ

Paris-2024: Azərbaycan daha bir paralimpiya qızılı qazandı

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, idmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib.

Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Bu, Azərbaycanın Parisdə qazandığı 9-cu medalı olub. İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva qızıl və gümüş (atletika), Orxan Aslanov,Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və bürünc, Sabir Zeynalov (taekvondo), Vəli İsrafilov (üzgüçülük) isə bürünc medal qazanıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
fanat.az

10Mənbələr