AZ

Turnirin ən erkən qolu vuruldu

UEFA Millətlər Liqası çərçivəsində baş tutan Fransa-İtaliya matçında turnir tarixinin ən erkən qolu qeydə alınıb. Fransa millisinin heyətində Bredli Barkola 12-ci saniyədə apeninlilərin qapısına yol tapıb. 

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Didie Deşamın komandası oyunda məğlub olsa da, erkən qol səbəbindən tarixə düşüb. İtaliya millisi matçda geridönüş edərək, Dimarko, Fratessi və Raspadorinin qolları ilə qələbəni təmin edib. 

Qeyd edək ki, futbol tarixinin ən erkən qolu isə Şotlandiya liqasında çıxış edən Qevin Stoks tərəfindən vurulub. O, hələ 2-ci saniyədə rəqib qapısına yol tapmağı bacarıb.  socar vakansiya


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
yenisabah.az

1Mənbələr