AZ

Pezeşkian Putinlə görüşəcək

İran prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək və orada Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Modern.az xəbər verir ki, bu barədə TASS-a İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali bildirib.

“Bəli, düşünürəm ki, Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək. Biz indi bu səfərə hazırlaşırıq ki, ikitərəfli münasibətlərimiz üçün faydalı və uğurlu olsun”, - deyə səfir bununla bağlı sualı cavablandırıb.

“Rusiya lideri cənab Putinlə, eləcə də digər liderlərlə ikitərəfli görüşlər və sammitdə çıxış nəzərdə tutulur”, - səfir əlavə edib.

Oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində BRİKS liderlərinin sammiti keçiriləcək.

BRİKS üzv ölkələr arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Hazırda BRİKS-in 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
21
modern.az

10Mənbələr