AZ

Abşeron Milli Parkında maarifləndirici və əyləncəli tədbir keçiriləcək

7 sentyabr - Mavi səma üçün təmiz hava günündə Abşeron Milli Parkında maarifləndirici və əyləncəli tədbir keçiriləcək.

Hava keyfiyyətinin yaxşılaşdırılması, atmosferə atılan tullantıların azaldılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsi məqsədilə təsis olunan 7 sentyabr- Mavi səma üçün təmiz hava günü Abşeron Milli Parkında qeyd olunacaq.

Tədbir çərçivəsində "Mavi səma, təmiz hava - bizi birləşdirən həllərə doğru" çağırışı ilə qaçış marafonu, veloyürüş, təlimlər, master klass, viktorina, yoqa, musiqili proqram, rəsm çəkilişi, uşaq guşəsi kimi maraqlı və interaktiv proqramların təşkili nəzərdə tutulub.

Abşeron Milli Parkında təbiət qoynunda keçirəcəyimiz bu xüsusi gündə hər kəsi bizimlə birgə olmağa dəvət edirik. Gəlin, mavi səma üçün təmiz hava çağırışına qatılaq, həm maarifləndirici, həm də əyləncəli anları birgə yaşayaq!

Qeyd edək ki, 7 sentyabr tarixində Abşeron Milli Parkında “açıq qapı” günü keçiriləcək, ziyarətçilər giriş haqqından azad olunacaq. 

Ekologiya.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
ekologiya.az

2Mənbələr