AZ

BELARUS UKRAYNAYA HÜCUMA HAZIRLAŞIR? - “Ukrayna narahat olmalıdır, amma...”

Ukrayna komandanlığının verdiyi məlumata görə, Rusiya ordusunun Pokrovks istiqamətindəki hücumunun qarşısı əsasən alınıb. Ukrayna özünün ən yaxşı döyüş qruplarını buraya gətirməklə rusların irəliləməsini dayandırıb.

Rusiyanın bu müharibədəki ən böyük üstünlüyü Ukrayna ilə müqayisədə daha çox canlı qüvvəyə və texnikaya malik olmasıdır. Ukraynalılar müdafiəyə çəkildiklərinə görə, itkilər arasında fərq rusların əleyhinədir və bu səbəbdən də onların hücumlarının səmərəsi aşağı düşür.

Lakin son zamanlar Ukraynanı narahat edən digər məsələ şimaldakı qonşusu Belarusun iki ölkə sərhədi boyunca silahlı gücünü artırmasıdır. Belarus Prezidenti Aleksandr Lukaşenkonun tez-tez fikrini dəyişməsi, fərqli bəyanatlar verməsi vəziyyəti mürəkkəbləşdirir.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Belarus Ukraynaya hücuma hazırlaşırmı?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:

”Ukrayna ordusu Kursk əməliyyatı zamanı Rusiya ərazisində zəbt olunan 400 kvadrat mili (təxmin 1000 kvadrat kilometr) müdafiə etmək üçün səngər qazarkən, Kiyev qonşu Belarusun hərbi birləşmələrini durmadan artırmasından bərk narahatdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
azpolitika.info

10Mənbələr