AZ

"Dronlarımız artıq 1800 kilometrə qədər olan hədəfləri vura bilir" - Budanov

Ukraynadakı müharibə davam edir. Pilotsuz sistemlər, ən yaxşı Ukrayna mütəxəssislərinin üzərində işlədiyi Pilotsuz Uçuş Aparatları (PUA) artıq 1800 km məsafədə təcavüzkar dövlətin hərbi obyektlərini vurmağa imkan verir.

Bunu Ukrayna QUR-nun rəhbəri Kirill Budanov Hərbi Kəşfiyyat Günü münasibətilə Facebookda etdiyi paylaşımda yazıb.

O qeyd dib ki,  "Dinc Ukrayna şəhərləri üçün daimi təhlükə mənbəyi olan hərbi aerodromlardan gələn hücumlardan əziyyət çəkir".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
news365.az

1Mənbələr