AZ

Azər Qasımlı ölkədən qaçıb? - İLGİNC

"Azər Qasımlı ölkədən qaçıb? 3 Sentyabr tarixində məhkəməmiz olmalıydı, ancaq gəlmədi. Vəkili vasitəsi ilə xəbər göndərib ki, Almaniyadayam. Burada anormal bir durum var". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə tanınmış ekspert Qurbanəli Ömər çıxış edib.Azər Qasımlı ilə məhkəmə çəkişməsində olan ekspert daha sonra əlavə edib: "Dünənə kimi Ağaqasım oğlu hər tərəfdən üstümə- üstümə gəlirdi. Bir tərəfdən məni mafiya vermişdi, digər tərəfdən də ailəmi təhdid etdirirdi. Maraqlıdır, Onun belə dönüş etməsi. Ümumiyyətlə, DİN- dən ərizəmə gələn məktubda da, onunla əlaqə saxlamağın mümkünsüzlüyü göstərilib. Qasımlının facebook səhifəsi isə “Rezonans” verilişini xatırladır ancaq məhbuslar haqda paylaşımlar edir, aylardır. Sanki tutulacağını bilir. Məlumat üçün deyim ki, onun rəhbərlik etdiyi Siyasi Menecment İnsititutunu Fransanın Azərbaycandakı beşinci kalonunluğunu edir. Neçə- neçə gənci tələyə salmaq üçün yaradılan bir təşkilatdır. Azər də, məni öz tələsinə salmaq istədi ancaq bacarmayınca, görünür yolu qaçmaqda görüb. Yəqin ki, indi QHT- si olduğu Belçikada, biznesini qurduğu Çexiyada, ya da donorları olan Fransadadır. İndiki gənclərə tövsiyyəm odur ki, qətiyyən belə yalançı müxaliflərə yaxın durmasınlar. Onların doğru görünən sözlərinə aldanmasınlar. Önəmli olan əməllərdir. Qarabağ müharibəsi boyu ölkəmiz əleyhinə döşəyən birinin inanmıram ki, artıq yanında kimsə qala. Ona dəstək olanlar isə Fransa kimi ölkələrdə erməni lobbisinin dəstəklədiyi təşkilatlar olacaq. Bir insanı tanımaq üçün mütləq şəkildə onun başqalarına olan münasibətlərini analiz etmək lazımdı. Əks, halda hər an suçsuzkən, suçlu duruma düşə bilərsən. Çünki belə adamlar xarici xüsusi xidmət orqanları tərəfindən özəl yetişdirilmiş olurlar. Nəysə, inanıram ki, tarix belələrini öz arxinə atacaqdır. Allah qarşınıza daima yaxşı insanlar çıxarsın..."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
dia-az.info

2Mənbələr