AZ

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər ələ keçdi

Bakı. Trend:

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər müəyyənolunaraq saxlanılıblar.

Bu barədə Trend-ə DİN-inMətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 6-da gecə saatlarında Ağdam rayonununQuzanlı qəsəbəsi ərazisindən “VAZ-27175” markalı avtomobilinqaçırılması barədə polisə məlumat daxil olub. Ağdam Rayon PolisŞöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsiniqaçırmaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov avtomobilləbirgə saxlanılıb.

Daha bir əməliyyat nəticəsində Nizami RPİ 23-cü Polis Bölməsiəməkdaşları sentyabrın 5-də rayon ərazisindən “Toyota” markalıavtomobil qaçırmaqda şübhəli bilinən Ə.Məmmədov avtomobillə birgəsaxlayıb.

Eyni zamanda, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə isə sentyabrın 5-də rayon ərazisindən“Moona” markalı motosiklet qaçırmaqda şübhəli bilinən M.Salahovmotosikletlə birgə saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
5
az.trend.az

7Mənbələr