AZ

Məşhur aktyor adını dəyişir


Aktyor Maykl Kiton səhnə adını Maykl Kiton Duqlas qoymağa qərar verib.

News24.az bildirir ki, Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Birdman" və digər məşhur filmlərin ulduzu 1970-ci illərdə Maykl Kiton təxəllüsü götürsə də , öz soyadı Duqlasdır.

Məsələ burasındadır ki, o, gənc aktyor kimi Hollivud Aktyorları Gildiyasına daxil olmaq istəyərkən Duqlas adı artıq məşhur idi. “Oskar” mükafatlı aktyor Maykl Duqlas və atası Kirk Duqlas bu adla tanınmışdılar.

Aktyorun dediyinə görə, indi özü kifayət qədər məşhurdur və rəsmi adına sahib çıxmaq zamanı  çatıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
news24.az

1Mənbələr