AZ

ABŞ və İraq razılaşdı: koalisiya qoşunları bölgədən çıxır

ABŞ və İraq hökumətləri “İslam dövləti” (İŞİD) yaraqlılarına qarşı mübarizə aparmaq üçün İraqa göndərilən koalisiya qüvvələrinin çıxarılması planı üzərində geniş şəkildə razılığa gəliblər.

Modern.az xəbər verir ki, bu barədə “Reuters”in məlumatında bildirilib.

Plana əsasən, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin bir hissəi 2025-ci ilin sentyabrına, qalan hissəsi isə 2026-cı ilin sonuna qədər İraqı tərk edəcək.

Koalisiya qüvvələri 2014-cü ildən İraqda İŞİD yaraqlılarına qarşı mübarizə aparmaq üçün yerləşdirilib. Həmin qüvvələr yaraqlı qrup nəzarət etdiyi ərazidən çıxarıldıqdan sonra da orada qalıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
modern.az

2Mənbələr