AZ

Paris-2024: 3 paracüsdoçumuz tatamiyə çıxacaq

Parisdə keçirilən XVII paralimpiya oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün 3 paracüdoçumuz tatamiyə çıxacaq.

Qadınların yarışında J1 lkateqoriyasında Xatirə İsmiyeva (+70 kq), J2 kateqoriyasında Dürsədəf Kərimova (+70 kq) və Azərbaycanın əfsanə paracüdoçularından olan İlham Zəkiyev (+90 kq) J1 kateqoriyasında medallar uğrunda yarışacaqlar. Hər 3 paralimpiyaçımız 1/4 finaldan mübarizəyə qoşulacaq.

Paris-2024: Paracüdo yarışları
1/4 final

Qadınların mübarizəsi
+70 kq

J1 kateqoriyasında yarışan Xatirə İsmiyava ilk olaraq Maryam Aldhanhani (BƏƏ) ilə üz-üzə gələcək.
Bu çəkidə J2 kateqoriyasında mübarizə aparan Dürsədəf Kərimovanın rəqibi Rebeka de Souza Silva (Braziliya) olacaq.

Kişilərin mübarizəsi
+90 kq

J1 kateqoriyasında çıxış edən İlham Zəkiyev ilk olaraq yerli idmançı Ceyson Qrandrayı sınağa çəkəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
idman.biz

1Mənbələr