AZ

Çempionlar Liqası: “Nefçi”nin ikinci sınağı

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası bu gün I mərhələdə ikinci oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, komanda Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq Çempionlar yolunun II qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” klubu ilə qarşılaşacaq.

Tskaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı belçikalı hakim idarə edəcək.

UEFA Çempionlar Liqası (qadınlar) - I Təsnifat mərhələsi
7 sentyabr
“Lançxuti” (Gürcüstan) – “Neftçi”
Baş hakim:
Caroline Lanssens (Belçika)
Baş hakimin köməkçiləri: Isabelle van Gilst (Niderland), Sanja Rodjak-Karşiç (Xorvatiya)
Dördüncü hakim: Yelena Kumer (Xorvatiya)
Tskaltubo Technical Center, Tskaltubo (Gürcüstan). Saat 18:00

Qeyd edək ki, qrupun ilk oyunlarında “Neftçi” Avstriyanın “Sankt-Pölten” (0:5), “Lançxuti” isə Albaniyanın “Vlajniya” (0:3) klubuna məğlub olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
5
idman.biz

7Mənbələr