AZ

Müdafiə naziri və Quru Qoşunları komandanı şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olublar.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçuların xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə bütün lazımi infrastruktur qurulub və maddi-texniki təminatı normalara uyğun olaraq tam həcmdə həyata keçirilir.
Sonra hərbi qulluqçularla görüşən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan Ordusunda həyata keçirilən tədbirlərdən danışıb.
Hərbi qulluqçularla söhbət zamanı general-polkovnik Z.Həsənov şəxsi heyətin qayğıları ilə maraqlanıb, onların peşəkarlığının, bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
oxu.az

10Mənbələr