AZ

Blinkendən Sibiqaya tərif: “Görüşümüzü səbirsizliklə gözləyirəm”

ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ilə tezliklə görüşə ümid etdiyini bildirib. Amerikalı diplomat bununla bağlı özünün X-dəki səhifəsində paylaşım edib.

"Mən yaxın həftələrdə onunla şəxsən görüşməyi səbirsizliklə gözləyirəm",- Blinken yazıb.

ABŞ dövlət katibi Sibiqanı çoxdankı tərəfdaşı adlandırıb və sələfi Dmitri Kulebanın əsasını qoyduğu müsbət fəaliyyəti və sıx əməkdaşlığı davam etdirəcəklərinə əminlik ifadə edib.

Sibiqa da öz növbəsində Blinkenlə telefonla danışdığını bildirib. Onun sözlərinə görə, onlar Vaşinqtonun Kiyevə hərbi yardım göndərilməsini sürətləndirmək, Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu”nu təbliğ etmək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək yollarını müzakirə ediblər.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, o, həm də amerikalı həmkarı ilə sıx əməkdaşlığa başlamağı səbirsizliklə gözləyir.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
news365.az

1Mənbələr