AZ

Şuşaya qayıdan sakin: Çox sevincliyəm ki, doğma torpağımıza qayıdırıq

Şuşaya

Bakı, 7 sentyabr, AZƏRTAC

“Çox sevincliyəm ki, doğma torpağımıza gedirik. 33 ildən sonra ata yurduma - Şuşaya geri döndüyüm üçün unudulmaz hisslər yaşayıram”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında sentyabrın 7-də Şuşa şəhərinə geri dönən keçmiş məcburi köçkün Namiq Tanverdiyev söyləyib.

Altı yaşında Şuşadan məcburi köçkün düşdüyünü deyən N. Tanrıverdiyev indi 40 yaşının olduğunu deyib.

"Şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan şəfa diləyirəm. Bu şəraiti bizə yaradan Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq",-deyə o, vurğulayıb.

Keçmiş Məcburi köçkün Şuşaya anası, yoldaşı və iki övladı ilə birgə qayıtdığını bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
azertag.az

1Mənbələr