AZ

Argentina BCM-dən Maduronun həbsinə order verilməsini xahiş edib

Argentina hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) Venesuela prezidenti Nikolas Maduronun həbsinə order verilməsini xahiş edib.

APA xəbər verir ki, bu barədə Argentinanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İyulun 28-dən Venesuelada vəziyyətin pisləşməsi və insanlığa qarşı cinayət sayıla biləcək yeni əməllərin törədilməsi ilə əlaqədar Argentina, Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu məhkəməyə qədər palatadan Nikolas Maduronun həbsinə order verilməsini tələb etməyə çağırır”, - deyə XİN-in bəyanatında deyilir.

Argentina hakimiyyəti digər yüksək vəzifəli Venesuela rəsmilərinə qarşı da orderlərin verilməsini istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
apa.az

2Mənbələr