AZ

Pentaqon qoşunların İraqdan çıxarılması ilə bağlı xəbərlərə münasibət bildirib

Pentaqon qoşunların İraqdan mümkün çıxarılması ilə bağlı şayiələrdən xəbərdardır, lakin hazırda heç bir addımı açıqlaya bilmir.

APA xəbər verir ki, bu məlumat qoşunların İraqdan çıxarılması ilə bağlı sorğuya cavab olaraq Pentaqon tərəfindən verilən yazılı açıqlamada yer alıb.

"Biz bu nəşrlərdən xəbərdarıq, lakin hazırda hər hansı addımı elan etməyə hazır deyilik", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, “Reuters” mənbələrə istinadən ABŞ və İraqın, qoşunların ölkədən çıxarılması ilə bağlı razılığa gəldiyi ilə bağlı məlumat yaymışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
apa.az

1Mənbələr