AZ

“Slovakiya daha keyfiyyətli futbol oynayır”

“Hər iki komanda qələbə üçün oynayacaq və maraqlı mübarizə olacaq”. Bunu futbolinfo.az saytına açıqlamasında “Sabah”ın hücumçusu Pavol Şafranko deyib.

Slovakiyalı oyunçu ölkəsinin yığmasının Millətlər Liqasının 2-ci turunda Azərbaycan millisinə qarşı keçirəcəyi matçdan danışıb: “Fikrimcə, Slovakiya yığması müəyyən qədər üstünlüyə malikdir. Hardasa keyfiyyət və təcrübə baxımından daha yaxşıdırlar. Azərbaycanın İsveçə qarşı keçirdiyi oyuna baxdım və müəyyən oyun elementlərini bəyəndim. Amma indiki vaxtda Slovakiya daha keyfiyyətli futbol oynayır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
futbolinfo.az

1Mənbələr