AZ

"Bu, cəfəngiyatdır..?"

…Deməli, noyabrın əvvəlində Amerikada prezident seçkiləri keçiriləcək. Ölkə başçısı postuna əsas namizədlər respublikaçı Donald Tramp və demokrat Kamala Harrisdir. O, rəqibi ilə fəlakətli debatdan sonra prezidentlik yarışında hazırkı Amerika lideri Cozef Baydeni əvəz edib.

Bəzi iddialara görə, “X” günü yaxınlaşır, dünya mətbuatı daha çox seçkiləri müzakirə edir, hətta Rusiyanın müdaxilə etməyə çalışdığı haqda məlumatlar da var. Bu şayiələri prezidentin mətbuat katibi Dmitri Peskov şərh edib. O, bunu qəti şəkildə təkzib edib.

“Bu, ilk dəfə deyil ki, Rusiya Amerika seçkilərinə müdaxilə etməkdə ittiham olunur”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dmitri Peskov deyib.

Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsüvurğulayıb ki, prezident seçmək ABŞ-ın işidir, Rusiyanın işi isə müdaxilə etmək və müşahidə etmək deyil.

Eyni zamanda, Peskov ABŞ-dakı seçkilərin nəticəsindən asılı olmayaraq, Rusiya-Amerika dialoqunun bərpası üçün heç bir ilkin şərt görməyib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
sia.az

1Mənbələr