AZ

“Axşamdan aktivlik başlayıb, səhər püskürüb”-VULKANLARI necə izləyirlər?-ÖZƏL+AÇIQLAMA

“Azərbaycan palçıq vulkanı ölkəsi hesab edilir. Say etibarı ilə götürsək bizim həm quruda, həm də dənizdə vulkanlarımız çoxdur. Mütəmadi olaraq istər quruda, istərsə də dənizdə püskürmələr olur”
 
Bunu Moderator.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
 O daha sonra əlavə edib:
 
“Biz xarici qrant layihəsi hesabına aldığımız stansiyaları Abşeronda quraşdırmışdıq. Bu bizə nə verir? Palçıq vulkanlarının dinamikasını izləyirik. Praktikamızda olub ki, axşamdan aktivlik başlayıb, səhər saat 10-a yaxın vulkan püskürüb. Bütün bu yazıları görürük. Lökbatan vulkanı idi bilmirəm hansı idi?! Elmi cəhətdən onun dərinliyi, neçə dəqiqə davam etməsi, orada ayrılan enerji, ayrı-ayrı fazalarda baş verən partlayışlar öyrənilir. Bunların hamısı elmdir də. Biz palçıq vulkanları istiqamətində də böyük bir iş aparırıq” deyə o bildirib.
Qurban Yetirmişli bildirib ki, yeni texnologiya hesabına zəlzələlərin də ərazisini təyin edirlər.
 
“Oksford universiteti ilə əməkdaşlıq çərçivəsində heç bizə məlum olmayan, bilmədiyimiz zəlzələni müəyyən edirik. Həm də kosmik şəkillərlə.. Onlar bizə kosmosdan olan fotoları veriblər. Orada xəndəklər falan qazmışıq, torpaq nümunələri aparılıb, Oksforodda, Londonda labaratoriyada analizlər olunaraq yaşı, dövrü öyrənilib. Hansı zəlzələlər olub onun vaxtını təyin etmişik. Ağsu, Göyçay, Səlyanda bu işlər aparılıb və bütün Azərbaycan üzrə davam edəcək” deyə Qurban Yetirmişli deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
moderator.az

1Mənbələr