AZ

Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini açıqladı

Rusiya Silahlı Qüvvələrinin Krivoy Roq şəhərinə hücumu nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 250 hərbçisi həlak olub, onlardan 70-i muzdlu olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS yüksək rütbəli hərbi mənbəyə istinadən yazır.

Mənbə bildirib ki, Ukrayna şəhərinə hücum sentyabrın 4-də baş verib.

“Krivoy Roq şəhərində əcnəbi muzdluların müvəqqəti yerləşdirildiyi üç məntəqəyə birləşmiş raket zərbəsi nəticəsində düşmən 250-dən çox yaraqlısını itirib”, – mənbə bildirib.

Yerləşdirmə məntəqəsində Ukrayna hərbçilərindən əlavə, Fransa və Rumıniyadan olan muzdlular – pilotsuz təyyarələrin istehsalı, eləcə də hava hücumundan müdafiə işləri üzrə mütəxəssislər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
7
nocomment.az

8Mənbələr