AZ

Zelenski Kremli vura bilmədiyinə görə TƏƏSSÜFLƏNDİ - VİDEO

“Rusiya Federasiyası Hitlerin yolunu təkrarlayır, ona görə də “Minsk” razılaşması  təkrarlana bilməz”. "Minsk” danışıqları bir tələdir və onun ən pis hissəsi də dondurulmuş münaqişədir. Təəssüf ki, Avropa Rusiyadan bu tələyə dəstək verdi. “Minsk” heç vaxt qayıtmamalı olduğunuz danışıqlardır. Bu, Rusiyaya bir təcavüzkar kimi ona hazırlaşmaq imkanı verən bir fasilədir”.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri bu barədə 50-ci “Ambrosetti” Beynəlxalq Forumunun sessiyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Putin bütün dünyada ukraynalı uşaqları öldürmək üçün raketlər axtarır: “Biz isə hava hücumundan müdafiə axtarırıq. “Müharibə Ukrayna ərazisində gedir, lakin bütün dünya bundan əziyyət çəkir”.

Zelenski Kursk əməliyyatı haqqında da danışıb:

“Qərbin gözünü açmaq lazım idi, Putin bizi məhv etmək istəyir, ona görə də qoşunları geri çəkmir. Lakin mən G7 ölkələri və ABŞ lideri Co Baydenə müharibəni bitirmək istiqamətində Putinə təzyiq göstərmək üçün nə etmək lazım olduğunu göstərəcəyəm”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
bizim.media

2Mənbələr