AZ

"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR

Xalq Bank

Ödəniş Kartları İdarəsinin Ödəniş Sistemləri ilə iş şöbəsi mütəxəssisi

 Son tarix 06 okt 2024 - Müraciət et

Təsvir

  • İdarədaxili hesabatların hazırlanması
  • Mərkəzi Bank və Ödəniş sistemləri üzrə hesabatlılığın hazırlanması
  • Prosessinq Mərkəzi və Ödəniş sistemləri ilə yazışmaların aparılması
  • Yeni məhsulların və xidmətlərin bazar təhlilinin aparılması
  • Layihələrdə iştirak.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank təcrübəsi (1-2 il) (Ödəniş kartları sahəsində təcrübə arzuolunandır)
  • Kompüter bilikləri (Excel proqramında mükəmməl işləmə bacarığı)
  • Analitik düşünmə bacarığı
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İngilis və Rus dilləri üzrə dil bilgisi
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
  • SQL və “Data management”-ə aid sair bacarıqlar üstünlükdür.

 

"Gəncə" filialının Ekvayrinq xidməti üzrə regional təmsilçisi

 Son tarix 06 okt 2024 Müraciət et

Təsvir

  • Yeni ATM və ödəniş terminalların quraşdırılması;
  • ATM, ödəniş terminallarına və pos-terminallara müvafiq proqram təminatının yazılması və tam işlək vəziyyətə gətirilməsi;
  • ATM, ödəniş terminallarına və pos-terminalların daim işlək vəziyyətdə saxlanılması, monitorinqi, yaranmış problemlərin diaqnostikası və aradan qaldırması;
  • Müvafiq bölgədə yerləşən pos-terminalların fiziki vəziyyətinə nəzarət məqsədilə mütəmadi monitorinqlərin keçirilməsi, dövriyyə tələbinə uyğun olmayan müştərilərin müəyyənləşdirilməsi;
  • ATM, ödəniş terminalları və pos-terminallarda nasaz ehtiyat hissələrinin müəyyən edilməsi, təmiri (zərurət yarandığı halda), sazlanması, yenisi ilə əvəz olunması və s. üçün servis xidmətlərinin cəlb edilməsi;
  • ATM, ödəniş terminalları və pos-terminallara WAY4 (Telescope) və digər mövcud Remote (məsafədən idarə etmə) proqramlar vasitəsilə nəzarət etmək;
  • Günün sonunda görülən işlər və təyin edilmiş uyğunsuzluqlar barədə hesabatın hazırlanması və təqdim edilməsi;

Tələblər

  • Ali təhsil (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri;
  • Ofis proqramlarında (Excel, Word) işləmə bacarığı;
  • Şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
fed.az

1Mənbələr