AZ

Yaponiya səfiri Belarus Xarici İşlər Nazirliyinə çağırılıb

Yaponiya səfiri Hiroyuki Yamamoto həbsdə olan yapon kəşfiyyatçı Masatoşi Nakanişinin gizli fəaliyyəti ilə bağlı Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədəBelarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.

“2024-cü il sentyabrın 6-da Yaponiyanın səfiri Hiroyuki Yamamoto [Belarus] Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda bildirilir.

O qeyd edib ki, hazırda iş üzrə istintaq son mərhələdədir. Ehtiyat tədbiri Belarus məhkəməsi tərəfindən dövlət qanunvericiliyinə uyğun olaraq müəyyən ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
aznews.az

1Mənbələr