AZ

“Aleksandriya” yığma fasiləsinə zirvədə yollandı - TURUN ŞƏRHİ - TURUN ŞƏRHİ

Ukraynada yığma fasiləsi ərəfəsində turnir cədvəlində maraqlı durum yaranıb.

Hər mövsüm zirvədə “Şaxtyor”la “Dinamo”nu görməyə alışmışdıqsa, bu dəfə ovyektiv və subyektiv səbəblər üzündən vəziyyət fərqlidi. Məsələn, kiyevlilər yüzfaizlik nəticə göstərsə də, cəmi üç oyun keçirib. Donetsk klubu isə sabit oynamır. İlk 4 oyunun ikisində uduzan “şaxtaçılar” bu dəfə başqa maneə ilə üzləşdi. “Krivbass” – “Şaxtyor” oyunu 50-ci dəqiqədə - hesab qonaqların xeyrinə 1:0 olarkən dayandırıldı.

Komandalar iki saat hava həyəcanı siqnalının bitməsini gözlədi. Yalnız ondan sonra oyunu davam etdirməməklə bağlı qərar verildi. Oyunun nə vaxt davam etdiriləcəyi bilinmir.

Girişdə də vurğuladığımız kimi, “Dinamo” hələ ki itkisiz irəliləyir. Kiyevlilər hesabat turunda minimal hesabla qələbə qazandı. 22-ci dəqiqədə Pixalenoka qarşı kobudluğa görə təyin olunan penaltini kapitan Yarmolenko dəqiq yerinə yetirdi.

Turnir cədvəlinin zirvəsində maksimal nəticə ilə “Aleksandriya” qərarlaşıb. Ruslan Rotanın çalışdırdığı komanda ardıcıl 4-cü qələbəsini “Kolos” üzərində qazandı. Emil Mustafayevin 62-ci dəqiqədən yardım etməyə başladığı “Polesye” liderdən 2 xal geri qalır. Jitomirlilər bu tur səfərdə “Çernomorets”i darmadağın etdi.

Liderlər qrupunda olan “Rux”un da qəribə özəlliyi var. Lvov klubu qələbə qazanırsa, deməli, hesab arasında fərq böyük olacaq. “Obolon”u 4:0, “Zarya”nı 3:0 məğlub etmişdilərsə, “İnqulets”lə oyunda 5:0 hesabı qeydə alındı.

Turun qalan oyunlarına gəlincə, ardıcıl 4-cü oyunda uduzan (bu dəfə “Zarya”ya) “Obolon” sonuncu pillədən qurtula bilmədi. “Karpatı” “Vorskla” ilə heç-heçəyə razılaşdı, elitanın debütantı “Levıy Bereq” səfərdə “Veres”i məğlub etdi.

5-ci tur
Dinamo – LNZ 1:0
Yarmolenko, 22-p.
Dinamo: Buşan, Tımçik, Mixavko, Belovar, Dubinçak, Brajko (Mixaylenko, 85), Yarmolenko (Braqaru, 75), Rubçinski (Buyalski, 60), Pixalenok, Vanat (Supryaqa, 75), Kabayev (Voloşin, 60).

Aleksandriya – Kolos 2:1
Kovalets, 16. Cevani, 73 – Qusol, 76.
Çernomorets – Polesye 1:4
Butko, 45 – Nazarenko, 3-p. Payşao, 8. Qutsulyak, 35. Lednev, 90+5.

Rux – İnqulets 5:0
Karabin, 14. Kvasnitsa, 47. Krasnopir, 51; 60. Xolod, 56.

Obolon – Zarya 0:2
Miçin, 19. Budkovski, 52.
Karpatı – Vorskla 1:1
Şax, 15 – Sklyar, 57.

Veres – Levıy Bereq 1:3
Stepanyuk, 15 – Prixodko, 66. Qalas, 82. Dedux, 87-

p.
1. Aleksandriya 4 4 0 0 10-5 12
2. Polesye 4 3 1 0 10-2 10
3. Rux 4 3 0 1 13-3 9
4. LNZ 5 3 0 2 6-5 9
5. Dinamo 3 3 0 0 6-2 9
6. Zarya 5 3 0 2 6-6 9
7. Vorskla 4 2 1 1 6-6 7
8. Krivbass 4 2 1 1 4-4 7
9. Şaxtyor 4 2 0 2 9-5 6
10. Levıy Bereq 5 2 0 3 4-6 6
11. Karpatı 5 1 2 2 6-6 5
12. Veres 5 1 3 3 3-7 4
13. Çernomorets 5 1 0 4 2-7 3
14. İnqulets 5 0 3 2 3-9 3
15. Kolos 5 0 2 3 3-6 2
16. Obolon 5 0 1 4 2-14 1

Bombardirlər: Nazarenko (Polesye) – 5, Krasnopir (Rux) – 4.
Növbəti turun oyunları sentyabrın 14-də keçiriləcək: Polesye – Veres, Obolon – Aleksandriya, Şaxtyor – Karpatı, Vorskla – Rux, Zarya – Dinamo, Levıy Bereq – Krivbass, LNZ – Kolos, İnqulets – Çernomorets.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
football-plus.az

1Mənbələr