AZ

Rusiya Federasiyasının iri tikinti holdinqi Azərbaycanda layihələr həyata keçirir

Rusiya

Bakı, 6 sentyabr, AZƏRTAC

“Natsproyektstroy” artıq bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Serbiyada layihələr həyata keçirir.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə “Bamstroymexanizatsiya” İdarəetmə Şirkətinin (“Natsproyektstroy”un bir hissəsi olan BSM) baş direktoru Vüsal İsmayılzadə Şərq İqtisadi Forumunda “İnfrastrukturun inkişafı Avrasiya inteqrasiyasının dominantı kimi” mövzusunda diskussiya zamanı məlumat verib.

Onun sözlərinə görə, Rusiyada infrastruktur layihələrinin həyata keçirilməsi üzrə xidmət və bilik ixrac edə bilən iri oyunçular peyda olub: “Səriştələrə gəlincə, bu gün “Natsproyektstroy” yəqin ki, bütün səlahiyyətlərə malik olan ən böyük tikinti holdinqidir. Təkcə Baykal-Amur Magistral xəttində orta hesabla 23 min nəfər, eyni zamanda, tikinti sahələrində təxminən 12 min insan işləyir. Düşünürəm ki, qarşıya xarici bazarları daha da genişləndirmək vəzifəsi qoyularsa, biz bunu mütləq yerinə yetirəcəyik”.

Qeyd edək ki, Azərbaycanın “Rail Trans Service” tikinti şirkəti “1520” şirkətlər qrupuna daxil olan “Bamstroymexanizatsiya” ilə müqavilə bağlayıb. Saziş Baykal-Amur magistralının modernləşdirilməsi layihəsi çərçivəsində bağlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
azertag.az

3Mənbələr