AZ

Belarusda onlarla T-72 tankı modernləşdirilir

Belarusda 100-dən çox zirehli silah və texnika, o cümlədən 30 T-72 tankı modernləşdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb.

“Hazırda 140 saylı təmir zavodunun obyektlərində yüzdən çox zirehli silah və texnikanın, o cümlədən T-72BM2 səviyyəsinə qədər 30 ədəd T-72 tankının əsaslı təmiri və modernləşdirilməsi işləri aparılır.

Nazir həmçinin bildirib ki, ölkədə mexanikləşdirilmiş birləşmələrin və tank hərbi hissələrinin yeni və modernləşdirilmiş zirehli texnika modelləri ilə təchiz edilməsi davam etdirilir.

“Təkcə son bir neçə ayda 10 yeni BTR-82A zirehli transportyoru və 10 xüsusi “Tiger” maşını Belarus ordusunun xidmətinə daxil olub”, - deyə bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
operativmm.az

1Mənbələr