AZ

Göyçayda bir ailənin 4 üzvü ZƏHƏRLƏNDİ

Göyçayda bir ailənin dörd üzvü qidadan zəhərlənib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Xəlitli kəndində qeydə alınıb.

Belə ki, kənd sakinlərinin verdikləri məlumata görə, lavaşdan zəhərləniblər. Kənd sakinləri 34 yaşlı Əhmədova Malikə, 66 yaşlı Əhmədova Sədaqət, 19 yaşlı Əhmədov Turan və 6 yaşlı Əhmədzadə Zərinə zəhərlənmə diaqnozu ilə Göyçay rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Media, Aran bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
bizim.media

1Mənbələr