AZ

"Vannalarda satılan balıqları almaq doğru deyil" — AÇIQLAMA

Balıq alarkən ilk növbədə "sezon"a diqqət yetirmək lazımdır.  İsti fəsillərdə balıq yemək doğru deyil. 

Bu sözləri Demokrat.az-a açıqlamasında bioloq Həsən Babayev deyib.

“İsti fəsillərdə yeni tutulmuş balığın yeyilməsi daha məqsədəuyğundur. Bu balıqlarda problem ola bilməz. Ancaq isti fəsillərdə, nəinki isti hətta soyuq fəsillərdə belə yolların kənarında antisanitar qaydada, vannalarda satılan balıqları alıb yemək düzgün deyil. Balıq alarkən adətən  onun pulcuqlarına diqqət yetirmək lazımdır. Pulcuqlu balıqlar çox yeyilən balıqlardır. Nəinki balıq ümumiyyətlə, ət məhsullarının belə antisanitar yerdə, küçə kənarlarında, bazarlarda, natəmiz yerlərdə, açıq havada vannalarda satışının əleyhinəyəm. Qida ilə bağlı bütün məhsulların natəmiz yerlərdə satılması doğru deyil Orada satılan balıq və digər ət məhsullarında mikroblar daha çox olur və insan orqanizmində müxtəlif xəstəliklər yaradır. Bununla bağlı qida üzrə qurumlar və təşkilatlar ciddi tədbirlər həyata keçirməlidirlər. Təklif edərdim ki, balıq və ət məhsulları sanitar qaydalara riayət edilən xüsusi yerlərdə və ya mağazalarda satılsın”.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
demokrat.az

1Mənbələr