AZ

Tikanlı dostumuz - Kaktus meyvəsi can dərmanı imiş

“Əslində kənardan kobud, bir qədər qorxulu görünsə də, çoxları bilmir ki, kaktusun meyvələri can dərmanıdır. Kaktusun opunsiya adlanan növünün meyvələri , xüsusilə faydalıdır. Kaktus meyvələri mədə-bağırsaq pozulmalarında, mədə xorası, qastrit, şəkərli diabet, piylənmə, susuzlaşma, iltihab, qanaxmalar zamanı çox faydalı təbii vasitədir”.

Bu fikirləri Hit.az-a fitoterapevt Yasəmən Əliyeva səsləndirib.

“Kaktusun şirəsi bakteriya əleyhinə və göbələk əleyhinə xüsusiyyətlərə malikdir. Kaktus bədəndəki iltihabi prosesləri aradan qaldırır, qan dövranını yaxşılaşdırır, cinsi orqanlara müsbət təsir edir. Kaktusun tikanlı çəhrayı meyvələrinin armudu və çiyələyi xatırladan dadı var. Zülal, şəkər, C vitamini və nişasta ilə zəngin bu meyvələri həm çiy, həm mürəbbə kimi yemək olar. Sağlamlığının qeydinə qalanlar bu gözəl meyvəni dondurucuda saxlayıb il boyu yeyə bilərlər".

Murad
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
hit.az

1Mənbələr