AZ

“Arzu edərdim ki, nə vaxtsa Azərbaycan barədə də belə xoş sözlər işlədək...”

“Nə bilim... Biz hamımız Allahın yaratdığı bəndəyik, eyni planetdə yaşayırıq və hər birimizin eyni dərəcədə gözəl, rahat ictimai bir mühitdə yaşamaq haqqı var...”
 
“Bilirsiz, mənim elə yaş dövrümdür ki, şəraitinin yaxşı, gözəl olmasına rəğmən istənilən xarici ölkəni yeni yaşayış yeri kimi seçmək çətin, problemli məsələdir. Əvvəla, dili yaxşı bilmək lazımdır, ikincisi yerli mentalitetə, adət-ənənələrə uyğunlaşmalısan. Amma cavan olsaydım, mən bütün maneələri aşıb məmnuniyyətlə Kanadanı özümə yaşayış məkanı seçərdim”. 
 
Bu fikirləri bu yaxınlarda Kanadanın Toronto şəhərində bir aylıq səfərdə olmuş tanınmış alim,  Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Moderator.az-a açıqlamasında “Yenidən seçim imkanınız olsa, yaşayış üçün Kanadanı seçərsinizmi?” sualını cavablandırarkən ifadə edib.
 
“Bayaqdan ərz etdiyim kimi, hər şeyin qaydasında, hər şeyin yerli-yataqlı, gözəl olduğu, xalqın xoşbəxt yaşadığı bir ölkədir Kanada... Arzu edərdim ki, nə vaxtsa Vətənimiz Azərbaycan barədə də belə xoş sözlər işlədək: problemsiz, gözəl ölkə, xoşbəxt xalq və s.  Nə bilim... Biz hamımız Allahın yaratdığı bəndəyik, eyni planetdə yaşayırıq və hər birimizin eyni dərəcədə gözəl, rahat ictimai bir mühitdə yaşamaq haqqı var”, -deyə alim vurğulayıb.
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
moderator.az

1Mənbələr