AZ

Qiymətlər həddsiz bahadır - Məhsulların 10 dəfə baha olmasının səbəbi nədir?

Vətəndaşlar qiymətlərin həddindən artıq baha olmasından narazıdırlar. Bununla bağlı bir çox sosial media istifadəçisi də öz şikayətlərini yazdıqları postla dilə gətirirlər. 

News365.az xəbər verir ki, qiymət bahalılığından şikayət edən vətəndaşlardan biri də İlkin Rüstəmzadədir. O qeyd edir ki, xüsusən avtomobil ehtiyyat hissələri online satış platformalarında Azərbaycanda təklif edilən qiymətdən 10 dəfə ucuz təklif edilir. 

"Nə yaxşı ki, elektron ticarət var. Nə yaxşı ki. Yoxsa, adına sahibkar deyilənlər qanımızı içərlər. 

Danışanda da, deyirlər, sahibkarı qoruyaq. Mənə 15 manatlıq malı 150 manata soxan sahibkarı niyə qoruyum axı? 

2-3 gündür Ebay, Amazon, Wallmart kimi saytlardan avtomobil detalları alıram. Və gördüyüm qiymət fərqindən şoka düşmüşəm. 

İndiyədək xaricdən uyğun qiymətə elektronika, geyim almaq barədə təcrübəm olub, paylaşımlar etmişəm. 

Amma maşın detallarındakı fərq tamam başqadı e. Burda bildiyin geyindirirlər adama.

Deməli, təsəvvür edin, Bakıda mənə pəncərə knopkaları dəstini 180 manata dedilər. Amazondan eynisini 12$-a aldım. 

Pult qapağına Bakıda 60 manat istədi ən ucuz mağaza. Mən neçəyə tapdım? 3.50 dollar. 

Deyirəm, yəni 3 dənə plastmasdı da, buna 60 manat çoxdu axı. Deyir, qiymət elədi qardaş. Deyil axı. Vallah deyil. 

Bu de, 3 dollar yarıma tapdım da. Sən də qoy üstünə xərcini, gəlirini, sat da bunu 10 manata. 60 nədi, ay neqr?

Vakuum tozsorana Bakıda 90 manat istədilər. Wallmartdan superini 7.99$-a aldım. 

200 manata tap.az-a qoyduqları registrator kamera dəstini Aliexpressdən 22$-a aldım. 

Bunlar hələ xırda detallardı. Böyüklərdə böyük də qoyurlar. " - deyə İ.Rüstəmzadə yazdığı statusda şikayətini dilə gətirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
news365.az

1Mənbələr