AZ

Azərbaycan-İtaliya münasibətləri yüksələn xəttlə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevİtaliyaya növbəti səfəri çərçivəsində sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusunahəsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yenigeosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışedib.

Çıxışında Azərbaycan-İtaliya münasibətlərindən söhbət açan dövlətimizin başçısı qeyd edib ki, “Uzun illər ərzindəAzərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyətgöstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbuledilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildənbəri mənim İtaliyaya 3-cü səfərimdir”.

İtaliya ilə ticarət əməkdaşlığımızın olduqca fəal olmasını bildirən dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, “ İtaliyaAzərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarınayaxın olub. Biz artım üçün potensialı yalnız enerjisektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycanİtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaztəchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacibhissəsidir”.

Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirirki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmazparçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, CənubQaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmişboru kəməri sistemi bu gün 10 ölkənin enerjitəhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandanqaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Busəbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropaqaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

İtaliya ilə ikitərəfli əlaqələrimiz təkcə enerji və ticarətləməhdudlaşmır. Humanitar məsələlər üzərində fəal şəkildəişlər həyata keçirilir. Artıq fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında əməkdaşlığınşaxələndirilməsinin gözəl nümunəsidir.

Azərbaycan Prezidenti geosiyasi vəziyyətlə bağlı məsələyə toxunaraq “Yeni geosiyasi şəraitdəAzərbaycanın rolu” mövzusunda fikirlərini bildirib və qeyd edib ki, “Təkcə Qafqazda deyil, daha geniş regionda başvermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazibütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququnaliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivəilə yanaşı, həmçinin cəsarət və real güc də var”.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyininbərpasını “bu gün ərazi bütövlüyünü və suverenliyini bərpaetmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən birçox ölkə üçün yaxşı nümunə” hesab edən İlham Əliyev bildirib ki, ”Azərbaycan öz nümunəsi ilə onu nümayişetdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətinsəfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklənəticələnə bilər. Beləliklə, Sovet İttifaqının süqutundansonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail olabilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistanarasında sülh danışıqları çərçivəsində baş verənhadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesininbaşlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədinuzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgünistiqamətdə atılan addımdır”.

Ölkəmizin iki aydan sonra biz ən böyük iqlim konfransına– COP29-a ev sahibliyi edəcəyini söyləyən ölkə rəhbəri “Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesabedirik. Tarixdə ilk dəfə COP bizim regionumuzdakeçiriləcək. Biz qlobal arenada müxtəlif aktorlar arasındakörpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsəməlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran birmövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kimplanetimizə xələl gətirməkdə daha çox günahkardır, kimdaha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenadaqlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub vəqlobal Şimal arasında körpülərin qurulması mümkündür”.

 

Dilqəm Əlirzayev 

Nizami rayonu 70 saylı məktəb-liseyin direktor müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
missiya.az

10Mənbələr