AZ

Telegram yaxınlıqdakı insanları axtarmaq funksiyasını ləğv edib

Telegram-ın həmtəsisçisi Pavel Durov messencerdə yaxınlıqdakı insanların axtarışı funksiyasının ləğv edildiyini açıqlayıb.

Doğru.az xəbər verir ki bu barədə o, Telegram- da yazıb.

“Biz Telegram istifadəçilərinin 0,1%-dən azının istifadə etdiyi, lakin botlar və fırıldaqçılarla bağlı problemlərə səbəb olan “Yaxınlıqdakı İnsanlar” funksiyasını sildik”, – mesajda deyilir.

O qeyd edib ki, bunun əvəzinə “Yaxınlıqda biznes” funksiyası işə salınacaq və burada yoxlanılmış müəssisələrin təqdimatı keçiriləcək.

Bundan əlavə, Durov Telegraph-a yeni media fayllarının yüklənməsinin dayandırıldığını açıqladı.

“Biz həmçinin anonim şəxslər tərəfindən sui-istifadə edilmiş kimi görünən oflayn bloq alətimiz olan Telegraph-a yeni medianın yüklənməsini dayandırdıq” deyə yazır.

Pavel Durov vurğulayıb ki, messencer istifadəçilərinin əksəriyyəti cinayətlə əlaqəli deyil, pullu Telegram abunəliyindən istifadə edənlərin sayı isə 10 milyona çatıb.

Daha əvvəl bildirilmişdi ki, rusiyalılar Telegram-da yaxınlıqdakı insanları axtara bilməmək problemi ilə üzləşiblər.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
dogru.az

1Mənbələr