AZ

“Qarabağ”ın müdafiəçisi: “Üzərimizdə olan təzyiq təsirsiz ötüşmədi”

“Ötən il İsveçi 3:0 hesabı ilə məğlub etmişdik. Həmin vaxt qol imkanlarından istifadə etməyi bacarmışdıq”.

Bu sözləri apasport.az saytına açıqlamasında Bəhlul Mustafazadə deyib.

Azərbaycan yığma komandasının müdafiəçisi Millətlər Liqasının İsveçlə matçı (1:3) haqda danışıb:

“Bu dəfə qol şanslarımızı dəyərləndirə bilmədik. Hardasa üzərimizdə olan təzyiq də təsirsiz ötüşmədi. Qollar buraxdıq, sonda da uduzduq. Məğlubiyyət üzücü oldu. Halbuki epizodlardan yararlansaydıq, ssenari fərqli alınacaqdı”.

Millimiz ikinci turda Slovakiyanın qonağı olacaq. Mustafazadə həmin oyunda nəyə ümid etdiklərini də bildirib:

“Slovakiyanın gücünü bilirik, çox yaxşı komandadır. Heyətində güclü futbolçular oynayır. İsveçlə matçdakı oyunumuzun üzərinə qoysaq, daha da artırsaq və qol epizodlarından yararlansaq, yaxşı olacaq. Slovakiyanın gücünü bilirik. Necə olacağını görəcəyik”.

Emin Mahmudov: “Təzyiqin altından çıxa bilmədik”

Təmsilçimizdən məhsuldar bərabərlik

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsi AÇIQLANDI

Fernandu Santuş: “İsveçin mənfi nöqtələrinə fokuslanmışıq”

Emin Mahmudov: “Yaxşı oyun göstərməyə çalışacağıq”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
apasport.az

1Mənbələr