AZ

Ronaldonu biabır etdi: 2046-cı ildir, 61 yaşlı Kriştiano…

Britaniyalı jurnalist Tom Gibbs “The Telegraph” onlayn nəşrində Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo haqqında geniş tənqidi material dərc edib .

Publika.az xəbər verir ki, müəllifin əsas motivi Ronaldonun böyük futboldan vaxtında ayrılmasıdır.

“2046-cı ildir. Yer qeyri-müəyyən gələcəyə doğru irəliləyir. Süni intellekt 2033-cü ilin böyük “maşın üsyanı” zamanı pisliyə çevrildi. İqlim dəyişikliyi, çirklənmə və həddindən artıq kirayə haqları səbəbindən dünyanın geniş əraziləri yaşamaq üçün yararsızdır… Və 61 yaşlı Kriştiano Ronaldo hələ də Portuqaliya millisində oynayır!

Tibb elmindəki hər hansı bir irəliləyiş sayəsində deyil. Amma ona görə ki, hələ heç kim cəsarətini toplayıb onun artıq əvvəlki kimi olmadığını söyləmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
publika.az

1Mənbələr