AZ

Rus muzdlu hərbçiləri arasında böyük itkilər var - Sayı açıqlandı...

Döyüşlər zamanı Ukraynanın işğalında iştirak edən ən azı 68 011 rus əsgəri və muzdlusu həlak olub.

“AzPolitika” xəbər verir ki, ölənlərin adları BBC Rus Xidmətinin, “Mediazona”-nın jurnalistləri və onlara kömək edən könüllülər tərəfindən açıq məlumat əsasında müəyyən edilir.

BBC-nin verdiyi məlumata görə, müharibə başlayandan sonra peşəkar müqavilələr imzalayan hərbi qulluqçular kateqoriyası ümumi itkilərin sayına görə birinci yerə çıxıb.

Araşdırmaçılar 13 152 könüllünün ölümünü təsdiqləyə bilbilər - bu, Rusiya tərəfindən təsdiqlənmiş itkilərin ümumi sayının 20 faizini təşkil edir. Materialda qeyd olunur ki, müqaviləli əsgərlərin əksəriyyəti müharibədə heç bir məcburiyyət olmadan iştirak etməyə razılıq veriblər.

Rusiya hakimiyyəti onlara həm federal, həm də regional səviyyədə yüksək ödənişlər və güzəştlər təklif edir. 2023-cü ilin oktyabrından bəri onlar arasında itkilər həftədə 100 nəfərdən aşağı düşməyib, bəzi dövrlərdə bu rəqəm üç dəfə çox olub.

Rusiya və Ukrayna müharibədə itkiləri açıqlamır.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
azpolitika.info

1Mənbələr