AZ

Kanada Ukraynaya zirehli avtomobillər göndərəcək

Kanada Ukraynaya “CRV-7” tipli idarə olunmayan aviasiya raketləri üçün 80 900 ədəddən çox mühərrik tədarük edəcək.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu ölkənin milli müdafiə naziri Uilyam Bler bildirib.

Onun sözlərinə görə, Ukraynaya bu raketlər üçün 1300 ədəd döyüş başlığı, eləcə də “Coyote” markalı 64 ədəd zirehli avtomobil də göndəriləcək.

Rəsmi Ottava hələ iyun ayında Ukrayna tərəfinə zirehli maşınların və şəxsi heyətin sıradan çıxarılması üçün nəzərdə tutulan 2160 ədəd “CRV7” tipli raketlərin tədarükünü həyata keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
2
apa.az

3Mənbələr