AZ

Baydenin oğluna 17 il həbs cəzası verilə bilər

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydenin oğlu Haner Bayden 1,4 milyon dollar həcmində vergini ödəmədiyi barəsində cinayət işinin bütün ittiham maddələri üzrə təqsirkar olduğunu bildirərək, bu əməllərini narkotik asılılığı ilə izah edib. Bu barədə "NBC News" kanalı məlumat verib.

Hanter Bayden deyib: "Mən vaxtında bəyannamə təqdim etməmişəm və vaxtında vergiləri ödəməmişəm. Asılılıq — mənim səhvlərimin bəraəti yox, izahıdır. Mən asılı olanda vergiləri barəsində fikirləşmirdim, birtəhər yaşamaq barəsində fikirləşirdim".

Məhkəmənin dekabrın 16-da qərar verməsi gözlənilir. Ona maksimum 17 il həbs cəzası verilə bilər.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
hurriyyet.az

1Mənbələr