AZ

Azərbaycan tarixi fənninə bu mövzular da daxil edilib

Keçən ilin sentyabrından sonra ölkəmizdə əhəmiyyətli hərbi və siyasi hadisələr baş verib. Lokal antiterror əməliyyatları keçirilib və torpaqlarımız erməni terrorçu dəstələrindən tamamilə təmizlənib. Həmçinin Böyük Qayıdış prosesi sürətlənib və yenidənqurma çərçivəsində mühüm addımlar atılıb.

 

Sözügedən hadisələrin orta məktəb dərsliklərində yer alıb-almayacağı hələlik məlum deyil.

 

Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, bu il yenilənmiş “Azərbaycan tarixi 5” və “Azərbaycan tarixi 9” dərsliklərində sözügedən mövzular qeyd edilib:

 

“Böyük Qayıdış mövzusu da daxil olmaqla 2024-cü ilin əvvəlinədək baş vermiş mühüm hadisələr şərh edilib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
modern.az

1Mənbələr