AZ

“Sabah”ın Mikelsi kimin fanatıdı? - “Mikels Mikelsdi, mən hələ də eyniyəm”

“Sabah” ilk 5 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komandanın Konfrans Liqasında mübarizəni dayandırandan sonra qısa müddətdə toparlanması hər kəsi yaxşı mənada təəccübləndirdi.

“Bayquşlar”ın aparıcı oyunçularından Coy-Lens Mikels “Football-plus.az”a müsahibəsində bir çox maraqlı məqamlara toxundu.

- Artıq çempionatın 5 turu geridə qalıb. Ümumi səviyyəni necə görürsən?
- 5 turdan sonra hər hansı bir təcrübəyə sahib olmaq çətindi, lakin biz oyunlarda qalib gəldiyimizə görə şadıq. Çempionatın səviyyəsi çox dəyişməyib. Düzdü, bəzi dəyişikliklər var.

- Konfrans Liqasındakı uğursuzluğu tam unutmusuz? Avropadakı nəticə bir futbolçu kimi sənə necə təsir etdi?
- Yaxşı... Mən Konfrans liqasında başverənləri uğursuzluq adlandırmazdım. Amma 11 nəfərlə keçəcəyimiz ehtimalı yüksək idi. Buna əminəm. Artıq önümüzə baxırıq, orda dayanıb qalmamışıq.

- Mikels əvvəlki gücündədimi?
- Mikels Mikelsdi, mən hələ də eyniyəm. Şəxsi hədəflərim var, amma onların arxasınca qaçmıram. Prioritet ilk növbədə komandaya kömək etməkdi.

- Qardaşın premyer-liqada rəqibindi. Onun Azərbaycana gəlişində nə dərəcədə rol oynadın?
- Böyük rolum oldu. Çünki o, artıq premyer-liqanı izlədiyinə görə məlumatı vardı və bura gəlməyi xəyal edirdi. Mən də tövsiyə etdim.

- Bir futbolçu kimi bir-birinizə məsləhət verirsiz, yoxsa...
- Bəli, bir-birimizin rəyinə çox əhəmiyyət veririk. Çünki bir-birimizin ən böyük fanatıyıq.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
football-plus.az

1Mənbələr