AZ

Bu hallar gözdə qansızmalara səbəb olur - TƏBİB AÇIQLADI

“Gözünüzə təkcə əsəb, gərginlik yox, həm də müxtəlif xəstəliklər səbəbindən qan gələ bilər”.

 

Bununla bağlı Sfera.az-a Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Qeyd olunub ki, gözdaxili qansızma gözdə olan kapilyar damarların genişlənməsi və ya partlaması ilə yaranır.

 

“Gözdə kapilyarların zədələnməsinin əsas səbəbləri isə bunlardır: Arterial hipertoniya;  şəkərli diabet; göz yorğunluğu; ağır fiziki yüklənmələr; qan xəstəlikləri; kəllədaxili hipertenziya (kəllədaxili təzyiq); damar xəstəlikləri; göz və baş travmaları; oftalmoloji xəstəliklər və patologiyalar.

 

Hipertoniyadan əziyyət çəkən insanlarda bu hal daha tez-tez təkrarlanırsa, bu, çox təhlükəli siqnaldır. Növbəti dəfə damar gözünüzdə deyil, beyində partlaya bilər. Nəticədə insult kimi ağır hal baş verməsi qaçılmazdır”.

 

TƏBİB həmçinin əlavə edib ki, allergiyalar, bəzi dərman preparatlarının qəbulu, spirtli içkilərin qəbulu, meteohəssaslıq, ümumi infeksion xəstəliklər, bəzi vitamin çatışmazlığı da gözdə qansızmalara səbəb ola bilər.

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
sfera.az

2Mənbələr