AZ

Lenovo IFA 2024 sərgisində yeni konseptual noutbukunu sərgiləyib

     Lenovo şirkəti hal-hazırda Berlində keçirilən IFA 2024 texnologiya sərgisində yeni konseptual noutbukunu sərgiləyib. Şirkətin yeni konseptual noutbuku Auto Twist AI PC adlanır. Bu noutbukun əsas fərqləndirici tərəfi ondan ibarətdir ki, onun yuxarı qapağı iki istiqamətdə fırlana bilir və üstəlik bu prosesin reallaşması üçün istifadəçinin hər hansısa düyməni klikləməsinə ehtiyac yoxdur. Belə ki, yuxarı qapağın fırlanması prosesi istifadəçinin səsli əmri vasitəsilə işə düşə bilir.     İstifadəçi səsli əmr vasitəsilə yuxarı qapağı aça və onu müxtəlif istiqamətdə hərəkət etdirə bilər. Bu konseptual noutbuk obyektlərin hərəkətlərinin izlənməsi funksiyasına sahibdir. Nəticədə noutbukun ekranı istifadəçi ilə eyni anda hərəkət edə bilər Bu cür özəllik təqdimatlarda çox faydalı ola bilər. Bununla yanaşı noutbuk istifadə edilmədikdə onun ekranı avtomatik olaraq bağlanır. Lenovo Auto Twist AI PC noutbuku hələ konsept mərhələsində olduğu üçün onun nəticədə kütləvi şəkildə istehsal edilib-edilməyəcəyi bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
technote.az

1Mənbələr