AZ

DAHA 4 KƏND GERİ VERİLİR - Bakı ilə İrəvan sülhə doğru irəliləyir (TƏHLİL)

Ermənistanda “Henaket” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan iddia edir ki, Azərbaycan anklavlarının (Kərki, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara – red.) qaytarılmasına hazırlıq gedir.

O qeyd edib ki, 4 kəndin Azərbaycana təhvil verilməsi tezliklə baş tutacaq.

Azərbaycanla Ermənistan arasında mübahisəli məqamlar var. Onlardan biri də Kərki, Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndlərinin aqibətidir. Tərəflər arasında mübahisəli məsələ müzakirə edilsə də, hələlik bunun prioritet məsələ olduğunu düşünmürəm. Azərbaycan üçün daha önəmli məsələ Ermənistan konstitusiyasının və müstəqillik haqqında bəyannamənin ərazi iddiaları ehtiva edən və sülhə hüquqi maneə olacaq hissələrin dəyişdirilməsidir. Bu məsələ həll edilsə, İrəvanla Bakı arasında sülhə nail olmaq olar.

V.Manqasaryan Azərbaycanın əsas məqsədlərindən birinin Ermənistan ordusunun silahsızlaşdırılması olduğunu iddia edib. Azərbaycanın belə bir məqsədinin olduğunu düşünmürəm. Bu kimi hallar ölkə işğalında baş verir. Misal üçün İkinci Dünya müharibəsinin sonunda Almaniya və Yaponiyanın konstitusiyalarında dəyişiklik oldu və orduları müəyyən həddə qədər məhdudlaşdırıldı. Azərbaycanla Ermənistan arasında mövcud reallıqlar fonunda Bakının belə təklifi yoxdur.

Turan Rzayev

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
mia.az

1Mənbələr