7NEWS.az xəbər verir ki, Keniya polisinin sözçüsü Resila Onyanqo mətbuata verdiyi açıqlamada paytaxt Nayrobidən təxminən 150 kilometr şimalda yerləşən Nyeri bölgəsindəki bir məktəbdə yanğının baş verdiyi məlumatını paylaşıb. Yanğında 16 şagirdin həyatını itirdiyini açıqlayan Onyanqo, 14 şagirdin də ağır yaralandığını bildirib.
7NEWS.az