AZ

İYİ Partiyada növbəti istefa

Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyada növbəti istefa yaşanıb.

“Cebheinfo.az” xəbər verir ki, Kayseridən olan deputat Dursun Ataş partiyadan istefa verib.

O, fəaliyyətinə bir müddət müstəqil olaraq davam edəcəyini açıqlayıb.

Ataş, heç bir incikliyinin olmadığını, millətə daha yaxşı xidmət etmək üçün bu qərarı verdiyini deyib. Bununla da İYİ Partiyanın deputatlarının sayı 31-ə düşüb. 

Qeyd edək ki, Dursun Ataş iki dönəm İYİ Partiyanın deputatı olub. O, 2019-cu ildə də Kayseri Böyük Şəhər Bələdiyyəsinin sədrliyinə namizədliyini irəli sürmüşdü.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
3
cebheinfo.az

7Mənbələr