AZ

Dnepropetrovsk vilayətinin Pavloqrad şəhəri raket atəşinə tutuldu: Tələfat var

Sentyabrın 6-da işğalçı ölkənin ordusu Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərini atəşə tutub.

Regional hərbi administrasiyanın rəhbəri Sergey Lısak bir nəfərin öldüyünü və çoxlu yaralının olduğunu bildirib. Onun sözlərinə görə, şəhərdə bir neçə yanğın hadisəsi baş verib, Onlardan birində xilasedicilər 5 nəfəri yanğından çıxarıblar. Lısakın son məlumatlarına görə, işğalçıların hücumu nəticəsində təxminən əlli nəfər yaralanıb.

Dövlət Fövqəladə Hallar Xidməti Pavloqraddakı hücumların nəticələrini göstərib və yaralıların sayının 55-ə çatdığını qeyd edib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
editor.az

1Mənbələr