AZ

Avropa İttifaqı Ermənistanla danışıqlara başlayır

Avropa İttifaqı ilə Ermənistan arasında viza rejimi sadələşdirilə bilər.

Avropa Komissiyasının sədr müavini Marqaritis Şinas İrəvana gələcək və orada bu məsələnin müzakirəsinə başlanacaq.

Editor.az bildirir ki, bu barədə AK-nın məlumatında deyilir. “Bazar günü Şinas viza rejiminin liberallaşdırılması ilə bağlı siyasi səviyyədə dialoqa başlamaq üçün İrəvana gedəcək”, – qurumdan bildiriblər. Dialoqun nəticəsi qısa müddətə Aİ-yə səfər edən Ermənistan vətəndaşları üçün müvəqqəti vizaların ləğvi ola bilər.

Avropa Komissiyası əlavə edib ki, viza rejiminin sadələşdirilməsi üçün Ermənistan bir neçə şərtə əməl etməlidir. O, təhlükəsizlik, miqrasiya, səyahətdə hüquq və azadlıqlar sahələrində islahatlar aparmalıdır. Aİ-nin digər ölkələrlə oxşar təcrübəsinə əsasən, bu, bir ildən çox çəkə bilər.

//Samir Qurbanov, Editor.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
editor.az

1Mənbələr